Bakı-Quba yolunda baş verən yol qəzasında bir ailənin 3 üzvü ölüb - YENİLƏNİB-1 - FOTO - ADLAR

Bakı-Quba yolunda baş verən yol qəzasında bir ailənin 3 üzvü ölüb - YENİLƏNİB-1 - FOTO - ADLAR
# 10 oktyabr 2019 12:41 (UTC +04:00)

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.

APA-nın yerli bürosunun məlumata görə, qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

***

saat 11:38

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

***

Saat 11:22

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR