Bakı-Quba yolunda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Bakı-Quba yolunda avtomobilin vurduğu piyada dünyasını dəyişib
# 24 oktyabr 2019 01:48 (UTC +04:00)

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə magistral yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1985-ci təvəllüdlü Eldarov Rövşən Vidadi oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR