Bakı sakini evindən çıxarkən bıçaqlanıb

Bakı sakini evindən çıxarkən bıçaqlanıb
# 11 noyabr 2022 07:50 (UTC +04:00)

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Həzi Aslanov küçəsi, məhəllə 29 44 ünvanında qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Mirzəyev Mehman Namət oğlu alış-veriş üçün evdən çıxıb mağazaya gedib.

O, evə bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə geri dönüb.

M.Mirzəyevin həyat yoldaşı onu dərhal xəstəxanaya çatdırıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR