Bakı şəhər sakini xuliqanlıq zəminində bıçaqlanıb, saxlanılan var

Bakı şəhər sakini xuliqanlıq zəminində bıçaqlanıb, saxlanılan var
# 15 oktyabr 2019 02:00 (UTC +04:00)

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xan Şuşinski küçəsi 25 ünvanında baş verib.

1966-ci il təvəllüdlü Şahməmmədov Zahid Şahməmməd oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən paytaxt sakini, 1973-cü il təvəllüdlü Rzayev Telman Zabil oğlunu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR