Bakıda 11 gün qabaq restoranın həyətində yük avtomobilinin vurduğu şəxs ölüb

Bakıda 11 gün qabaq restoranın həyətində yük avtomobilinin vurduğu şəxs ölüb
# 28 mart 2023 09:16 (UTC +04:00)

Bakıda 11 gün qabaq avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə martın 16-da Xətai rayonu Gəncə Prospektində qeydə alınıb.

Yavər Rəşidov idarə etdiyi "Hyundai HD-65" markalı yük avtomobilini "Fəridə" şadlıq evinin heyətində geriyə verən zaman ehtiyatsızlıqdan İlqar Tağılını vurub.

Piyada xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq İlqar Tağılı ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR