Bakıda 2 nəfər bıçaqlanıb

 Bakıda 2 nəfər bıçaqlanıb
# 16 iyul 2022 03:40 (UTC +04:00)

Bakının Nərimanov və Qaradağ rayonlarında dava düşüb.

APA xəbər verir ki, hər iki hadisəyə səbəb qeyri-etik ifadə olub.

Gecənin ilk bıçaqlanma hadisəsi Qobustan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Əhədli Elmar Məlik oğlu söyüşə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Digər hadisə isə Veterenlar parkı kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəsulov Anar Əli oğlu da bıçaqlanaraq ağır vəziyyətə düşüb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR