Bakıda 40 yaşlı kişi idman zalında məşq edən zaman ölüb

Bakıda 40 yaşlı kişi idman zalında məşq edən zaman ölüb
# 10 mart 2023 16:26 (UTC +04:00)

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.

1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR