Bakıda 5 nəfər dönərdən zəhərlənib

Bakıda 5 nəfər dönərdən zəhərlənib
# 25 iyun 2019 20:46 (UTC +04:00)

Bakının Nizami rayonunda zəhərlənmə olub.

APA xəbər verir ki, hadisə Babək prospekti 65 ünvanında yerləşən dönərxanada qeydə alınıb. Belə ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi xəstəxanaya müraciət edib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, üçü isə 1 saylı Xəstəxanaya çatdırılıb.

Hazırda müalicələri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR