Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb.
APA xəbər verir ki, Nərimanov rayon ərazisində 1938-ci il təvəllüdlü Kamil Cəbiyev yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.
Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.
Araşdırma aparılır.