Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 07 yanvar 2022 16:00 (UTC +04:00)

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

FHN mətbuat xidmətinin məlumatına görə, yanğın nəticəsində açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***

15.17

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR