Bakıda anbardan 60 min manatlıq oğurluq olub

Bakıda anbardan 60 min manatlıq oğurluq olub
# 10 may 2022 10:16 (UTC +04:00)

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR