Bakıda avtobuslarda cibgirlik edən şəxs tutulub

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutulub
# 09 fevral 2023 11:56 (UTC +04:00)

Paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR