Bakıda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 08 yanvar 2022 00:30 (UTC +04:00)

Bakıda yol qəzası zamanı biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, Hadisə Nəsimi rayonunuun Cavad xan küçəsində - Metronun Memar Əcəmi satansiyasının yaxınlığında baş verib.

“VAZ-2107” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib və nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq aşıb. Sürücü, avtomobilin qabaq oturacağında əyləşən azyaşlı və digər sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR