Bakıda avtomobil və obyekt yanıb, xəsarət alan var

Bakıda avtomobil və obyekt yanıb, xəsarət alan var
# 17 iyun 2022 14:58 (UTC +04:00)

Bakıda avtomobil və obyekt yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 200 m² olan üçmərtəbəli obyektin (fəaliyyət göstərmir) alkopandan ibarət üzlüyü 4 m² sahədə yanıb. Yüksək temperaturdan obyektin 2 ədəd qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR