Bakıda avtomobilini betona vuran sürücü xəsarət alıb - FOTO

Bakıda avtomobilini betona vuran sürücü xəsarət alıb - FOTO
# 23 avqust 2019 03:20 (UTC +04:00)

Bakının Binəqədi rayonunda minik avtomobili arakəsməyə çırpılıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Sürücüsünün adı hələlik naməlum olan "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton arakəsməyə çırpılıb və sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR