Bakıda avtoyuma məntəqəsinin işçisi müdirinin avtomobili ilə törətdiyi qəzada ölüb - FOTO

Bakıda avtoyuma məntəqəsinin işçisi müdirinin avtomobili ilə törətdiyi qəzada ölüb - FOTO
# 11 iyul 2019 22:39 (UTC +04:00)

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nərimanov RPİ-dən APA-ya verilən məlumata görə, 1986-cı il təvəllüdlü Paşa Qəibzadə işlədiyi avtomobil yuma məntəqəsinin sahibinə məxsus "Honda" markalı avtomobili onun icazəsi ilə götürərək qəza törədib.

Bildirilir ki, avtoqəza Ələsgər Qayıbov küçəsində qeydə alınıb. Belə ki, P.Qəibzadə həmin küçədə avtomobili idarə edərkən sürət həddini aşıb və onu ağaca vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov polisi istintaq araşdırmaları aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR