Bakıda binada yanğın olub, 1 nəfər halsız vəziyyətdə aşkarlanıb

Bakıda binada yanğın olub, 1 nəfər halsız vəziyyətdə aşkarlanıb
# 08 may 2022 10:18 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR