Bakıda binada yanğın olub

Bakıda binada yanğın olub
# 14 avqust 2022 11:16 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli mansardalı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin yanar konstruksiyaları yanıb, 4-cü mərtəbədəki mənzildə 4 ədəd plastik pəncərə çərçivəsi, 1 ədəd kondisioner və tavan örtüyü 2 m² sahədə yüksək temperaturdan əriyib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR