Bakıda binalardan birində liftindəki nasazlıq bir nəfərin xəsarət alması ilə nəticələnib - VİDEO - YENİLƏNİB 1

Bakıda binalardan birində liftindəki nasazlıq bir nəfərin xəsarət alması ilə nəticələnib - VİDEO  - YENİLƏNİB 1
# 04 iyul 2022 23:12 (UTC +04:00)

Baş Prokurorluq Bakıda yaşayış binasının liftində yaranan nasazlıqla bağlı məlumat yayıb.

APA bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***

Saat 22:43

Bakıda Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsində liftin qırılması nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, xəsaraət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Daxili işlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiq edib.

Nazirlikdən bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.

***

Saat 22:32

Bakıda yeni tikilən binalardan birində lift qırılıb.

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsindəki binalardan birində baş verib.

Sosial şəbəkələrdə bununla bağlı video paylaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR