Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub
# 15 yanvar 2023 10:12 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Nissan" markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR