Bakıda daha 12 narkotik alverçisi tutulub - VİDEO

Bakıda daha 12 narkotik alverçisi tutulub - VİDEO
# 04 oktyabr 2022 12:50 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR