Bakıda dələduzluqda şübhəli bilinən qadın tutulub

Bakıda dələduzluqda şübhəli bilinən qadın tutulub
# 12 sentyabr 2019 11:28 (UTC +04:00)

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Polis tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR