Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutulub

 Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutulub
# 13 iyun 2019 13:28 (UTC +04:00)

Paytaxtda əcnəbinin pulunu və sənədlərini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR