Bakıda ev sahibini vurub, evdən 80 min manat və 20 min manatlıq qızıl oğurlayıblar - VİDEO

Bakıda ev sahibini vurub, evdən 80 min manat və 20 min manatlıq qızıl oğurlayıblar - VİDEO
# 23 noyabr 2022 12:17 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR