Bakıda evdən 19 min manata yaxın oğurluq olub

Bakıda evdən 19 min manata yaxın oğurluq olub
# 16 sentyabr 2022 10:27 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR