Bakıda federasiya əməkdaşını döyərək öldürənlərin məhkəməsi başlayır

Bakıda federasiya əməkdaşını döyərək öldürənlərin məhkəməsi başlayır
# 25 yanvar 2022 09:09 (UTC +04:00)

Bakıda Azərbaycan Avtomobil Federasiyasının əməkdaşını döyərək qətlə yetirməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Məmmədov Kamandar Əlimərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, hadisə zamanı ölən Səxavət Məmmədov ötən il iyunun 24-də axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən 20 Yanvar dairəsi yaxınlığında digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib, avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Hücuma məruz qalan Səxavət Məmmədov hadisə yerində ölüb.

Hadisə yerindən qaçan 3 nəfər şəxs – “Chevrolet” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR