Bakıda fəhləni cərəyan vuraraq öldürüb

Bakıda fəhləni cərəyan vuraraq öldürüb
# 25 iyun 2019 15:28 (UTC +04:00)

Bakıda fəhlə faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR