Bakıda baş verən yanğında 3 evə zərər dəyib - YENİLƏNİB-2 - VİDEO

Bakıda baş verən yanğında 3 evə zərər dəyib  - YENİLƏNİB-2   - VİDEO
# 30 noyabr 2022 00:15 (UTC +04:00)

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğında 3 evə ziyan dəyib.

APA xəbər verir ki, bunu Yanğınsöndürmə qərargahın rəisi polkovnik Xudat Nəbiyev bildirib.

“Birmərtəbəli binanın dam örtüyündə yanğın qeydə alınıb. Yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə texnika və şəxsi heyət cəlb olunaraq təxminən 30 dəqiqə ərzində yanğın söndürülüb. Yanğında 3 mənzilə ziyan dəyib, yüngül xəsarət alan 1 sakinə yerində yardım göstərilib” – deyə o qeyd edib.

***

22.57

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə APA-ya FHN Mətbuat xidmətinindən bildirilib.

Əlavə məlumat veriləcək.

APA-nın müxbirinin məlumatına görə, ev sahibi Aytəkin Əliyeva ayağından yüngül yanıq xəsarəti alıb, oğlu Fərhad Əliyevin sol əl nahiyəsi yanıb.

***

22.48

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN Mətbuat xidmətinindən APA-ya bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR