Bakıda gənc oğlan 9-cu mərtəbədən yerə yıxılıb

Bakıda gənc oğlan 9-cu mərtəbədən yerə yıxılıb
# 30 oktyabr 2022 19:31 (UTC +04:00)

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin təffərüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR