Bakıya qonaq gələn 24 yaşlı əcnəbi turist ölüb.
APA xəbər verir ki, Səudiyyə Ərəbistan vətəndaşı, 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin qaldığı oteldə halı pisləşib və “Leyla Medical Center”ə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.