Bakıda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTO

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTO
# 30 may 2024 13:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
APA xəbər verir, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, 244 nömrəli tam orta məktəb I yerə, 220 nömrəli tam orta məktəb II yerə, 236 nömrəli tam orta məktəb III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR