Bank Of Baku

Bakıda iki avtomobil toqquşub - FOTO

Bakıda iki avtomobil toqquşub - FOTO
# 16 yanvar 2023 02:50 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Akim Abbasov və Abbas Mirzə Şərifzadə prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 4 yol ayrıcında “Mercedes” markalı avtomobilin sürücüsü ilə “KİA” markalı maşının sürücüsü arasında anlaşmazlıq yaranıb.

Nəticədə avtomobillər toqquşub.

Hər iki avtomobilə ziyan dəyib.

Qzəa ilə əlaqədar Abbas Mirzə Şərifzadə prospektində sıxlıq yaranıb.

Avtomobillər evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.

Hər iki sürücünün izahatı alınıb.

Qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR