Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 02 mart 2022 23:17 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Nofəl Heydərov köməkçi yolda nişanın tələbini pozaraq idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsilə əsas yola çıxıb.

Bu zaman həmin yolda olan “Mercedes” markalı avtomobil “Toyota”-ya çırpılıb.

Qəza nəticəsində sərnişin və sürücü xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR