Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 08 may 2023 02:05 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Buna görədə “Mercedes” hərəkətdə olan “Honda” markalı minik maşınına çırpılıb.

Daha sonra idarəetmədən çıxan “Mercedes” işıq dirəyinə çırpılaraq dayanıb.

Zərbənin təsirindən “Honda”da olan sərnişin ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR