Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 19 may 2023 03:53 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektindən Asif Məhərrəmov küçəsinə daxil olmaq istəyən “Hyundai” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü İbrahimov Yusif Əsəd oğlu eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı maşınla toqquşub. Qəza zamanı Yusif İbrahimov xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzanın kimin səhvi ucbatından baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR