Bakıda iki nəfər dəm qazından boğulub

Bakıda iki nəfər dəm qazından boğulub
# 24 dekabr 2021 11:18 (UTC +04:00)

Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində 2000-ci il təvəllüdlü Heydər Heydərzadə yaşadığı evin hamamında dəm qazından boğulub.

Bundan başqa, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR