Bakıda iki nəfər taksi sürücüsünə qarşı quldurluq edib

Bakıda iki nəfər taksi sürücüsünə qarşı quldurluq edib
# 19 iyul 2019 04:48 (UTC +04:00)

Səbail rayonunda quldurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayonu, Mahir Əliyev küçəsində iki nəfər naməlum şəxs 35 yaşlı Orxan Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu “ Daewoo” markalı minik avtomobilini saxlayıb. Onlar müştəri kimi avtomobilə əyləşərək Badamdar qəsəbəai istiqamətinə gediblər. Orada naməlum şəxslər O.Bağırovu döyərək onun 65 manat pulunu alıblar.

Hadisəni törədən şəxslər polis tərəfindən axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR