Bakıda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib - FOTO - VİDEO

Bakıda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib  - FOTO  - VİDEO
# 04 may 2022 04:34 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zərifə Əliyeva keçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Nəticədə “Toyota” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”-da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR