Bakıda “KamAZ”lardan 460 litr yanacaq oğurlanıb

Bakıda “KamAZ”lardan 460 litr yanacaq oğurlanıb
# 26 aprel 2022 10:52 (UTC +04:00)

Bakıda oöurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Səmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR