Bakıda keçmiş məhkum məktəbdən oğurluq edib

Bakıda keçmiş məhkum məktəbdən oğurluq edib
# 11 noyabr 2022 11:43 (UTC +04:00)

Bakıda məktəbdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd noutbuk oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR