Bakıda məscidə gedən qadın yoxa çıxıb

Bakıda məscidə gedən qadın yoxa çıxıb
# 16 sentyabr 2019 12:27 (UTC +04:00)

Bakıda məscidə gedən qadın itkin düşüb.

APA-nın məlumatına görə, Sabunçu rayon sakini Nəsibə Əliyeva rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onunla eyni evdə yaşayan, şəkər xəstəsi olan anası, 1955-ci il təvəllüdlü Qızxanım Əliyevanın 3 gün əvvəl İçəri Şəhərdə yerləşən cümə məsciddini ziyarət etmək adı ilə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR