Bakıda minik avtomobili mikroavtobusa çırpılıb

Bakıda minik avtomobili mikroavtobusa çırpılıb
# 24 iyun 2022 17:54 (UTC +04:00)

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsindən Qobustan rayonu istiqamətinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili qəfil idarəetməni itirərək mikroavtobusa çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olması barədə məlumat verilməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR