Bakıda “Mitsubishi” markalı avtomobil yol kənarındakı beton plitəyə çırpılıb

Bakıda “Mitsubishi” markalı avtomobil yol kənarındakı beton plitəyə çırpılıb
# 16 noyabr 2019 09:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR