Bakıda motosiklet avtomobillə toqquşub, 2 nəfər xəsarət alıb - FOTO

Bakıda motosiklet avtomobillə toqquşub, 2 nəfər xəsarət alıb - FOTO
# 15 noyabr 2019 00:04 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, avtoqəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.

Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR