Bakıda obyektdə yanğın olub

Bakıda obyektdə yanğın olub
# 25 may 2022 09:25 (UTC +04:00)

Bakıda obyektdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR