Bakıda oğurladığı avtomobili satan şəxs tutulub - VİDEO

Bakıda oğurladığı avtomobili satan şəxs tutulub - VİDEO
# 03 oktyabr 2022 17:43 (UTC +04:00)

Xətai rayon sakini olan bir nəfərin “Vaz 2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri ənməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində qaçırdığı avtomobili satdığını bildirib. Oğurluq avtomobil polis əməkdaşları tərəfindən tapılaraq sahibinə qaytarılıb.
Faktla bağlı Zəki İsmayılov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR