Bakıda piyadanı avtomobil vurub, sürücü ərazidən uzaqlaşıb

Bakıda piyadanı avtomobil vurub, sürücü ərazidən uzaqlaşıb
# 27 noyabr 2022 01:12 (UTC +04:00)

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Cavadov Fərid Ariz oğlu yolu keçərkən onu hələlik naməlum markalı avtomobil vurub. Yaralı baş nahiyyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə hazırda araşdırma aparılır. Hadisəni törədən sürücünün axtarışı aparılır.

Kliniki Tibbi Mərkəzin neyrocərrahiyə şöbəsinin növbətçi həkimi Elşən Əhmədli bildirib ki, F.Cavadov xəstəxanaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın təpə nahiyyəsinin və sağ qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu ilə qəbul edilib.

Ona tibbi yardım göstərilib.

Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR