Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb

Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb
# 17 oktyabr 2019 22:16 (UTC +04:00)

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, İmam Rza məscidinin yaxınlığında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR