Bakıda piyadanı vurub qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S. Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.