Bakıda prospektdə piyadanı avtomobil vurub

Bakıda prospektdə piyadanı avtomobil vurub
# 16 yanvar 2023 02:06 (UTC +04:00)

Bakının Nərimanov rayonunda bir nəfəri avtomobil vurub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Miriyev Elmin Elman oğlu prospektdə körpünün üzərində əks tərəfə keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR